Peşəyönümü ilə bağlı maarifləndirici söhbət

Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu tərəfindən peşəyönümü ilə bağlı IX sinif şagirdləri arasında maarifləndirici söhbət aparıldı. Məqsəd peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, şagirdlər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyini vurğulamaqdır. Şagirdləri maraqlandıran suallar məktəb psixoloqu tərəfindən cavablandırıldı.