Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

12.12.2022-ci il tarixində məktəbin tarix müəllimləri Aysun Əhmədzadənin və Vüqar Əliyevin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Məktəbin direktoru Əbülfət Bağırov çıxış edərək Ulu öndər haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əks etdirən videoçarx nümayiş etdirildi, şagirdlərin çıxışları dinlənildi. Sonda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəbdaxili şahmat yarışında fərqlənən şagirdlər təltif olundular.