Riyaziyyat fənnindən "açıq dərs" keçirildi

02 dekabr 2022-ci il tarixində Riyaziyyat aylığı çərçivəsində məktəbin Riyaziyyat müəllimi Dadaşova Səmayə tərəfindən 11 c sinfidə “açıq dərs” təşkil edildi. Dərsin mövzusu “ Silindirin səthinin sahəsi” idi. “Açıq dərs”də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Qardaşov, riyaziyyat müəllimləri Vahid Muradov və Könül Bəylərova iştirak etdilər. Dərsdə şagirdlər fərdi və qruplar şəklində öz bacarıqlarını nümayiş etdirdilər.