“QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbir 

1 dekabr 2022-ci il tarixində  məktəbin psixoloqu Gülnarə Cəbrayılova “QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirib. Məktəbin IX sinif şagirdlərinin iştirak etdiyi tədbirdə məqsəd onları QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq idi. Məktəb psixoloqu çıxışında bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğunu bildirib. Həmçinin şagirdləri narkotika istifadəçiləri arasında geniş yayılan İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı məlumatlandırıb. Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan psixoloq şagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıb. Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi