Vətənpərvərlik mövzusunda oxu və müzakirə

Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar-müstəqil vətənimizin keşikçiləri məktəblərimizdə tərbiyə alır və formalaşır. Şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək məqsədilə 22.09.2022-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "7-dən 17-yə vətənpərvər" layihəsinin keçirilməsi barədə Tədbirlər planı təsdiq olunmuşdur.

Tədbirlər planına uyğun olaraq 25.11.2022-ci il tarixində Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbin kitabxanaçıları Adilə Məmmədova, Afət Mirzəyeva və 4ç sinif rəhbəri Nəcibə Mayılovanın təşkilatçılığı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi üzrə "dəyirmi masa" təşkil olundu.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev əvvəlcə tədbirlər planı ilə müəllim və şagirdləri məlumatlandırdı. Daha sonra UBTR Tural Cəmilov layihənin keçirilməsində şagirdlərinin iştirakının vacibliyini vurğuladı.

Şagirdlər hazırladıqları təqdimatlarla çıxış etdilər, vətənpərvərliklə bağlı əsərlər oxudular, müzakirələr apardılar.

Belə tədbirlərin mütəmadi keçirilməsi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi