Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya

18 noyabr 2022-ci il tarixində məktəbin tarix müəllimi İradə Məmmədovanın təşkilatçılığı ilə “Uşaq Hüquqları aylığı” çərçivəsində “Şagirdlərin asudə vaxtlarının səmərəli keçirməsi” ilə əlaqədar 6 b sinif şagirdləri üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və açıq səma altında qayaüstü rəsmlər muzeyinə ekskursiya təşkil olunub. Məktəblilər Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun müasir texnologiyalardan istifadə edilməklə yaradılan müzeyi ilə yaxından tanış olmuş, Azərbaycanın qədim mədəni irsi haqqında dolğun bilgilər əldə etmişlər.
Açıq səma altında Qobustan qayaüstü təsvirləri ilə tanışlıq məktəblilərdə böyük maraq yaratmış, ortaya çıxan suallar muzeyin bələdçisi tərəfindən cavablandırılmış, eləcə də qayaüstü rəsmlər haqqında əlavə məlumatlar verilmişdir. Mədəni irsimizin öyrənilməsi və qədim maddi mədəniyyət nümunələri ilə yaxından tanışlıq məktəblilərdə xoş təəssüratlar yaratmışdır.