“Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir

14 noyabr 2022-ci il tarixində məktəbin 4 f sinif rəhbəri Kəmalə Məhərrəmzadənin təşkilatçılığı ilə Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktor müavinləri, psixoloqu, UBR-i, müəllimləri və şagirdləri iştirak ediblər. Çıxış edənlər İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması olduğunu, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli olduğunu bildiriblər. Tədbir şagirdlərin hazırladıqları şeirlər, mahnılar və səhnəciklər ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi