Konstitusiya Gününə həsr olunmuş tədbir

12 noyabr 2022-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Qafar Süleymanovun təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Əbülfət Bağırov, direktor müavinləri, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Tədbir bədii hissə- V-VI sinif şagirdlərinin hazırladıqları şeirlər, mahnılar və səhnəciklər ilə davam etdirildi.  Sonra 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi