3 b sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət etdilər

09 noyabr 2022-ci il tarixində məktəbin 3 b sinif rəhbəri Nuridə Əbilova rəhbərlik etdiyi sinif şagirdləri ilə birlikdə Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət etdilər. Müəllimlər, valideynlər və şagirdlər şəhidlərin məzarları önünə tər qərənfillər düzdülər, vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Həmçinin məktəb rəhbərliyi, Vətən müharibəsi iştirakçısı Elməddin Həşimov və sinif rəhbəri Nuridə Əbilova çıxış edərək bir daha Vətən müharibəsi, qəhrəmanlarımızın keçdiyi döyüş yolu haqqında şagirdlərə məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi