Zəfər Günü tədbiri keçirildi

07 noyabr 2022-ci il tarixində məktəbin tarix müəllimi Taliyə Quliyevanın təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra məktəbin direktoru Əbülfət Bağırov hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs edib. Sonra şəhid və qazilərimizə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə məktəbin məzunu olmuş şəhidlərin ailə üzvləri və qaziləri iştirak etdilər. Məktəbin şəhid məzunlarının ailə üzvləri övladlarının qəhrəmanlıqlarından və şəhidlik məqamına ucalmalarından böyük qürur hissi keçirdiklərini bildiriblər. Məktəblilərin ifasında təqdim edilən ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi