İbtidai sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət ediblər

05 noyabr 2022-ci il tarixində məktəbin 2 a sinif rəhbəri Samirə Nəsirova və həmin sinfin şagirdləri Zəfər günü ilə əlaqədar olaraq Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarətdə şagirdlər İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları üzərinə güllər düzüb, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.