İbtidai siniflərdə silsilə tədbirlər keçirilib

05 noyabr 2022-ci il tarixində Zəfər günü ilə əlaqədar məktəbin 1 g sinif rəhbəri Xəlilova Nazilə, 2 ğ sinif rəhbəri Məmmədli Jalə, 4 a sinif rəhbəri Kərimova Nuriyyə və 4 e sinif rəhbəri Fətullayeva Sevincin təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Tədbirdə məktəbin rəhbər işçiləri də iştirak etdilər. Şagirdlər tərəfindən xalqımızın Zəfər yolu və II Qarabağ müharibəsi şəhidləri haqqında təqdimatlar, şəkillər nümayiş olunmuş, şeirlər səsləndirilmişdir. Həmçinin şagirdlər şəhidlərə həsr olunmuş mahnılar ifa etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi