İbtidai siniflərdə Zəfər Günü qeyd olundu

05 noyabr 2022-ci il tarixində məktəbin 3 a sinif rəhbəri İlham Yəhyayev və 3 b sinif rəhbəri Nuridə Əbilovanın təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Tədbirdə məktəbin rəhbər işçiləri də iştirak etdilər. Şagirdlər tərəfindən xalqımızın Zəfər yolu və II Qarabağ müharibəsi şəhidləri haqqında təqdimatlar, şəkillər nümayiş olunmuş, şeirlər səsləndirilmişdir. Həmçinin şagirdlər şəhidlərə həsr olunmuş mahnılar və “Əsgər marşı” ifa etdilər.