"Uşaq Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbir

03 noyabr 2022-ci il tarixində  məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev, UBR-i Tural Cəmilov və psixoloqu Gülnarə Cəbrayılova “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir  keçirmişdirlər. Onlar öz çıxışları zamanı insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Uşaq hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirildiyi və təsisatda uşaqlara qarşı zorakılıq və digər hüquq pozuntuların vaxtında müəyyən edilərək araşdırılması diqqətə çatdırılmışdır. Ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində ənənəvi olaraq Uşaq Hüquqları Aylığı elan edilir. Aylıq çərçivəsində paytaxt və regionlarda uşaq hüquqları sahəsində silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə iştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinə görə müəllimlərə təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi