IX siniflərdə Fizika-Riyaziyyat fənlərindən bilik yarışı

03 noyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə IX sinif şagirdləri arasında Fizika-Riyaziyyat fənlərindən Zəfər gününə həsr olunmuş bilik yarışı keçirilmişdir. Bilik yarışında hər sinifdən 5 nəfər şagird olmaqla ümumilikdə 11 komanda iştirak etdi. Yarış 5 turdan ibarət idi. Yarışda IX e sinfi I yer, IX f sinfi II yer, IX a və IX ə sinifləri III yerə layiq görülmüşdürlər. Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərə Fizika-Riyaziyyat fənləri daha da sevdirmək, şagirdlər arasında saglam rəqabət hissini aşılamaq olmuşdur.