"Narkomaniyaya yox deyək" adlı valideynlərlə maarifləndirici söhbət

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə çərçivəsində valideynlərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən məktəbin psixoloqu qeyd edib ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. Məktəb psixoloqu onu da qeyd edib ki, keçirilən tədbirlər epizodik deyil, konkret olmalı və müvafiq qurumlar bu bəlaya qarşı mübarizədə öz əlaqələrini daha da möhkəmlətməlidirlər. Sonra narkomaniyanın fəsadları ilə bağlı film və maarifləndirici video-çarxlar nümayiş etdirildi. Daha sonra çıxış edən hər bir kəs narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulayıb.