“Erkən nikahlar və onların fəsadları” mövzusunda maarifləndirici söhbət

02 noyabr 2022-ci il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova yuxarı sinif şagirdləri üçün təşkil olunmuş “Erkən nikahlar və onların fəsadları” mövzusunda maarifləndirici söhbət apardı. Tədbir iştirakçılarına erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışıldı. Uşaq evliliyi probleminə sosial aspektdən yanaşan məktəbin psixoloqu Gülnarə Cəbrayılova məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar  və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. O, bildirdi ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. Məktəb psixoloqunun fikirləri ilə razılaşan şagirdlər erkən yaşda qurulan evliliklərin çox vaxt tez dağıldığı haqda fikir söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi