“Narkomaniyaya yox deyək” adlı tədbir

02 noyabr 2022-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev, UBR-i Tural Cəmilov və psixoloqu Gülnarə Cəbrayılova “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçiriblər. Tədbirin təşkilində məqsəd, gənclərin sağlam həyat tərzi barədə dünyagörüşünün formalaşdırılması, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı maarifləndirmənin aparılması olub.Şagirdlərə narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, onların sağlamlığa zərərli təsiri barədə məlumatlar veriblər.Sonda gənclərə sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib.