Zəfər Günü ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyinə ziyarət

02 noyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə Zəfər Günü ilə əlaqədar IX sinif şagirdləri Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər. Muzey işçiləri şagirdlərə Azərbaycan İstiqlal Muzeyi barədə geniş məlumat veriblər. Bildirilib ki, muzeyin ekspozisiyasının hər zalı müəyyən tarixi dövrü əhatə edir və 6 zaldan ibarətdir, həmçinin tarixi günlərə həsr olunmuş müxtəlif tədbirlər, təqdimat mərasimləri, sərgilər keçirilir. Tariximizin böyük bir hissəsini özündə əks etdirən nadir eksponatlarla zəngin Azərbaycan İstiqlal Muzeyi şagirdlərin hər birində xoş təəssürat yaradıb.