Zəfər Gününə həsr olunan rəsm sərgisi təşkil olunub

02 noyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunan rəsm sərgisi təşkil edilmişdir. Sərginin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfəri əsərlərdə nümayiş etdirməkdir. Eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi