“Uşaq hüquqları Konvensiyası” mövzusunda maarifləndirici tədbir

28 oktyabr 2022-ci il tarixində Azərbaycan İstiqlal muzeyində uşaq hüquqlarının qorunması, onların hüquqlarının təmin edilməsi məqsədi ilə “Uşaq hüquqları Konvensiyası” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird heyəti də iştirak etdi. Tədbiri giriş sözü ilə açan muzeyin elmi-kütləvi işlər şöbəsinin elmi işçisi Babazadə Səbinə “Uşaq Hüquqları Konvensiyası” haqqında, uşaq hüquqlarının təmin edilməsi, onların problemlərinin ardıcıl həlli üçün ölkəmizdə həyata keçirilən dövlət siyasətindən ətraflı bəhs etdi. Tədbirdə “Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlara Dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, hüquqşunas Zaur İbrahimov, Müasir Azərbaycan İctimai Birliyinin sədri Kəmalə Muradova, uşaq inkişafı üzrə mütəxəssis Ayşən Səmədova çıxış edərək uşaqlara  onların qanunla  nəzərdə tutulmuş qaydada  təhsil almaq,   səhiyyə xidmətindən yararlanmaq,  ailədə yaşamaq, istirahət etmək və  digər  hüquq  və  vəzifələrini  izah  etdilər. Sonda 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdləri uşaq hüquqlarının pozulması barədə kompozisiyalar ilə çıxış etdilər. Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi