VIII siniflərdə İngilis dili fənnindən bilik yarışı

26 oktyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə VIII sinif şagirdləri arasında İngilis dili fənnindən Zəfər gününə həsr olunmuş bilik yarışı keçirilmişdir. Bilik yarışında hər sinifdən 5 nəfər şagird olmaqla ümumilikdə 13 komanda iştirak etdi. Yarış 5 turdan ibarət idi. Yarışda VIII L sinfi I yer, VIII a sinfi II yer, VIII b sinfi III yerə layiq görülmüşdürlər. Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərə İngilis dili fənnini daha da sevdirmək, şagirdlər arasında saglam rəqabət hissini aşılamaq olmuşdur.