V siniflərdə psixoloji test

Oktyabr ayı ərzində məktəbin psixoloqu Gülnarə Cəbrayılova V siniflərdə şagirdlərin adaptasiya dövründə həyəcanlılığının aradan qaldırılması üçün onlarla söhbətlər aparıb, “Anket sorğusu” və “Esse” yazdırıb. Sorğular zamanı onların fikirlərini öyrənib,qarşılarına çıxan çətinliklərlə maraqlanıb və kömək göstərib. Bu söhbətlərin mütəmadi aparılması nəzərdə tutulur.