Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin final turu

22 oktyabr 2022-ci il tarixində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin final turu keçirilib. İkinci tura keçən 12 şagird arasından 4 f sinif şagirdi Musazadə Nəzrin və 6 ç sinif şagirdi Hümmətova Mədinə I yer, 8 b sinif şagirdi İmamcanova Zəhra və 9 ç sinif şagirdi Səlimova Zinət II yer, 6 ç sinif şagirdi Sadıxova Zəhra III yerə layiq görülmüşdürlər. Bu müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında mütaliənin təbliği, onların bilik dairəsinin genişləndirilməsi, həmçinin istedadlı uşaqların aşkarlanmasından ibarətdir.