VII siniflərdə Biologiya fənnindən bilik yarışı

22 oktyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə VII sinif şagirdləri arasında Biologiya fənnindən Zəfər gününə həsr olunmuş bilik yarışı keçirilmişdir. Bilik yarışında hər sinifdən 5 nəfər şagird olmaqla ümumilikdə 13 komanda iştirak etdi. Yarış 5 turdan ibarət idi. Yarışda VII L sinfi I yer, VII ə sinfi II yer, VII d sinfi III yerə layiq görülmüşdürlər. Bilik yarışmasının keçirilməsində məqsəd şagirdlərə Biologiya fənnini daha da sevdirmək, şagirdlər arasında saglam rəqabət hissini aşılamaq olmuşdur.