Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsi - I tur

21 oktyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turu keçirilib. Müsabiqədə məktəbin V-XI siniflərinin 50 istedadlı şagirdləri iştirak ediblər. Münsiflər heyətinin üzvləri məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov, məktəbimizin psixoloqu Gülnarə Cəbrayılova, müəllimlər Aysel Civişova, Aysel Vəliyeva, Fərqanə Mayılova, kitabxanaçılarımız Adilə Məmmədiva və Afət Mirzəyeva idilər.Münsiflər heyəti tərəfindən ən çox bal toplayan 12 şagird ikinci tura keçiblər.Bu müsabiqənin keçirilməsində məqsəd məktəblilər arasında mütaliənin təbliği, onların bilik dairəsinin genişləndirilməsi, həmçinin istedadlı uşaqların aşkarlanmasından ibarətdir.