“İstedadlar sorağında” adlı fərdi rəsm sərgisi

19 oktyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “İstedadlar sorağında” adlı fərdi rəsm sərgisi təşkil olunmuşdur. Sərgidə təbiətdən bəhs edən 15 rəsm işi nümayiş olunub. Rəsmlər məktəbin VIII a sinif şagirdi Nurəliyeva Zəhra tərəfindən çəkilmişdir. Sərginin keçirilməsində məqsəd uşaq və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların yaradıcılıq qabiliyyətini və potensialını üzə çıxarmaqdan ibarət olub. Tədbiri izləməyə gələn məktəbin rəhbər işçiləri və müəllim heyəti gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar.