"Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri

11 oktyabr 2022-cı il tarixində 218 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə iştirak edən Xəzər Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar üzrə profilaktik işin təşkili bölməsinin rəisi polis mayoru Eldar Əliyev, həmin təşkilatın baş inspektoru polis kapitanı Xəyalə Əhmədova, cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili polkovnik leytenant Anar Süleymanov,baş inspektorlar Qulu Ağamalıyev və Aqil Əsgərzadə mövzu ətrafında çıxış etmiş, daha sonra gəncləri maraqlandıran sualları cavablandırmışlar. Görüşdə müxtəlif slaydlar və videoçarx göstərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi