VIII Bakı Beynəlxalq Kitab Sərgisi

08 oktyabr 2022-ci il tarixində VIII Bakı Beynəlxalq Kitab Sərgisi-“Baku International Book Fair 2022” keçirildi. Şuşa ilinə həsr olunan sərgidə 16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilat təmsil olunub. Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır.Məktəbin musiqi müəlliməsi Fərqanə Mayılova və rəhbəri olduğu 6 a sinif şagirdləri də həmin sərgini ziyarət edərək dünya və Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olublar.