"Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici tədbir

06 oktyabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilov və psixoloqu Gülnarə Cəbrayılovanın təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirildi. Tədbir təşkilatçıları şagirdlərə narkomaniya, siqaret və alkoqalizm haqqında,ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat vermiş, onları yaxşı vərdişlər qazanmağa və öz sağlamlıqlarının qeydinə qalmağa səsləmişlər.Həmçinin məktəbin Biologiya müəllimi Dürdanə Mustafayeva da məktəblilərə mövzu haqqında danışaraq, zərərli vərdişlərin insanın sağlamlığına vurduğu zərərləri qeyd etmişdir. Tədbirdə mövzu ilə bağlı müzakirələr təşkil olunmuşdur.