Həsənağa Şirvani - “Tarix yazan igidlərimiz" sənədli filmi

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışları” layihəsi çərçivəsində “Tarix yazan igidlərimiz" sənədli filminin ilk çəkilişi sentyabrın 24-də Binə qəsəbəsində baş tutub.Filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.“Tarix yazan igidlərimiz" sənədli filmi Şəhidlərimizdən bəhs edir. 44 günlük Vətən müharibəsində böyük fədakarlıq göstərən Həsənağa Şirvaninin doğulub boya-başa çatdığı məkanda ilk çəkiliş oldu. Həsənağa cəmi 18 il yaşayıb. Həyatının ən gözəl çağında böyük qəhərəmanlıqlar göstərərək Şəhidlik zirvəsinə ucalıb. Onun bu igidlik dastanından döyüş yoldaşları, yaxınları danışıb.Həmçinin Həsənağa Şirvaninin təhsil aldığı və ona dərs keçmiş 218 nömrəli tam orta məktəbin biologiya müəlliməsi Elza Cəfərova da onunla bağlı öz xatirələrindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi