Həsənağa Şirvaninin anım günü ilə bağlı tədbir keçirilib

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə 44 günlük Vətən Müharibəsində şəhid olmuş məktəbimizin məzunu Həsənağa Şirvaninin anım günü ilə bağlı tədbir keçirildi.Görüş zamanı tədbir iştirakçıları və şəhidlərin ailə üzvləri şəhidlərimizin keçdiyi döyüş yollarından danışıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açıblar. Ruhlarına dualar oxunub. Həmçinin 136 və 218 nömrəli tam orta məktəblərin şagirdləri tədbirdə şeirlər ilə çıxış etdilər.Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.