"Kiçik akademiya"nın üzvləri Şəhidlər xiyabanında

01 oktyabr 2022-ci il tarixində məktəbin Biologiya müəlliməsi Elza Cəfərovanın rəhbərlik etdiyi “ Kiçik akademiya” üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər.Uşaqlar əllərində Azərbaycan bayrağı, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər qoyublar.Daha sonra şagirdlərlə Vətənin fədakar oğulları, qazilərimiz, şəhidlərimiz haqqında söhbətlər aparılmışdır.