Sıra xəttində Anım günü tədbiri keçirildi

27 sentyabr 2022-ci il tarixində R.Baxışov adına 218 nömrəli tam orta məktəbdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra sıra xəttində Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Əbülfət Bağırov Anım Günü ilə bağlı məlumatları şagirdlərin və müəllimlərin diqqətinə çatdırdı.Daha sonra məktəbin 8 b sinif şagirdləri İmamcanova Zəhra və Edilli Məhsəti “Qarabağ artıq azaddır!” adlı şeiri səsləndirdilər.