İkinci Fəxri Xiyabana ziyarət

26 sentyabr 2022-ci il tarixində məktəbin 7ə sinif rəhbəri Tərlan Mirzəyeva və həmin sinfin şagirdləri Anım günü ilə əlaqədar olaraq İkinci Fəxri Xiyabanı ziyarət ediblər. Ziyarətdə şagirdlər İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərə həsr olunmuş şeirlər söylədilər, vətənpərvər şüarlar səsləndirdilər.