Məktəbimizin Şəhid məzunu - Coşqun Zülfiyev

Şəhid Zülfiyev Coşqun Ədail oğlu 12 dekabr 1998-ci il tarixində Lerik rayonunun Nuravud kəndində anadan olub.Təhsilini 218 nömrəli məktəbdə bitirdikdən sonra 2017-ci il tarixdən 2018-ci ilin iyul ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi  xidmətdə olub. Coşqun könüllü olaraq Vətən müharibəsinin iştirakçısı olub.Vətən müharibəsində göstərdiyi şücaətə görə Coşqun Zülfiyev Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə bir neçə medalla təltif olunub.Vətən müharibəsində göstərdiyi şücaət komandirlərinin diqqətindən yayınmayıb və müharibə bitdikdən dərhal sonra Coşqun Zülfiyev Xüsusi Təyimatlı Qüvvələrin N saylı hərbi hissəsində xidmət etməyə başlayıb.13 sentyabr 2022-ci il tarixində Erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi