Xəzər rayonunda qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş

Xəzər rayonunda 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin görüşü keçirilmişdir.

6 sentyabr 2022-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, təhsil müəssisələrinin müəllimləri və tələbə adını qazanmış gənclər iştirak etmişdir. Həmin gənclər arasında məktəbimizin məzunları olmuş Mamedov Ruslan, Əliyeva Lalə və Süleymanzadə Səkinə də var.

  İlk öncə tədbir iştirakçıları tərəfindən Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bu il tələbə adını qazanan məzunları təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulamışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi