"Kiçik Akademiya"nın Gənclik parkında "Yaşıl layihə"si

28 iyun 2022-ci il tarixində Elza müəllimənin təşkilatçılığı ilə Gənclik parkında “Yaşıl layihə” çərçivəsində “Kiçik Akademiya”nın üzvlərinin iştirakı ilə iməcilik aksiyası təşkil edilib. Layihənin məqsədi yeniyetmə və gənclərin ekoloji mövzuda bilik və təcrübələrinin artırılması, onları ətraf mühitin mühafizəsi işinə cəlb edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə ekoloji aksiyaların təşkil olunmasıdır. İməcilik aksiyası zamanı ərazidə geniş təmizlik işləri aparılıb, ərazidə əkilmiş ağaclara qulluq göstərilib, onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür.