Suraxanı Gəmi Muzeyinə ekskursiya

25 iyun 2022-ci il tarixində məktəb üzrə “Kiçik Akademiya”nın prezidenti və biologiya müəllimi Elza Cəfərovanın təşkilatçılığı ilə akademiyanın üzvləri dünyanın ilk tanker-muzeyinin yerləşdiyi “Suraxanı” gəmi muzeyinə səyahət ediblər. Səyahət zamanı muzeyin zalları ilə gəzərkən dünyada gəmiçiliyin tarixi, ilklərə imza atan gəmilər, naviqasiya alətləri və cihazları, min illərdir istifadə olunan dəniz düyünləri, Bakının neft tarixi ilə bağlı maraqlı məlumatlarla tanış olublar. Muzey gəzintisi sadəcə seyr etməklə bitməyib, həmçinin kəndirlərdən istifadə etməklə məşhur dəniz düyünlərini bağlamaq, Morze əlifbası ilə məlumat ötürmək, VR (virtual reallıq) eynəkləri ilə gəminin maşın şöbəsində çalışan heyətin iş həyatı ilə tanışlıq imkanı da əldə ediblər. Həmçinin Gəmi muzeyində Dənizçilər Günü münasibətilə ziyarətçilər üçün sərgilər və yarmarkalar, eyni zamanda şou proqram təşkil olunmuşdur. Şagirdlər həm məlumatlandılar, həm də səmərəli vaxt keçirdilər.