"Kiçik Akademiya" - ağacları qoruyaq!

24 iyun 2022-ci il tarixində “Yay məktəbi” ilə əlaqədar olaraq məktəbin biologiya müəllimi Elza Cəfərovanın təşkilatçılığı ilə “Yaşıl layihə” həyata keçirildi. Layihə çərçivəsində “Kiçik akademiya”nın üzvləri məktəbyanı sahədə quşlar üçün evciklər düzəldib asdılar. Eyni zamanda “Kiçik akademiya”nın üzvləri açıq havada “Ağacların söhbəti” adlı maarifləndirici tamaşa da göstərdilər.