"Kiçik Akademiya"nın şagirdləri "Yay məktəbi"ndə

23 iyun 2022-ci il tarixində “Kiçik Akademiya”nın prezidenti Cəfərova Elzanın təşkilatçılığı və akademiyanın üzvlərinin iştiraki ilə “Yaşıl layihə” adlı dəyirmi masa ətrafında “Yay məktəbi” təşkil olunmuşdur. “Yaşıl layihə” çərçivəsində keçirilmiş dəyirmi masada yaşıllığın artırılması, təbiətin qorunması, ekoloji problemlər, onların həlli yolları, bitkilərin insan həyatındakı rolu və məktəbyanı sahədə görüləcək işlərdən danışıldı. “Kiçik akademiya”nın üzvləri “Meşələr-ağ ciyərlərimizdir” adlı layihələr hazırlamışdırlar. Həmçinin “Şuşa ili” çərçivəsində akademiya üzvlərinin “Xarı bülbül” adlı təqdimatları da nümayiş olundu.