İbtidai siniflərdə "Yay məktəbi" təşkil olunub

16 iyun 2022-ci il tarixindən başlayan yay məktəbinin növbəti dərsi ibtidai sinif şagirdləri üçün “Təbiət və biz”, “Yol hərəkəti qaydaları” və “Qidalanma” mövzularında davam etdirilib. “Yay məktəbi”nin təşkil olunmasında əsas məqsəd şagirdlərin yay tətilini səmərəli və əyləncəli keçirmələridir. Proqramın mahiyyəti uşaqlara həm əyləncəli, həm öyrədici bir yay tətili bəxş etməkdir. Orta məktəbdə keçilən dərslərin təkrarı, habelə yeni mövzuların mənimsədilməsi, zehni-məntiqi tapşırıqların yerinə yetirilməsi baxımından yay məktəbinin faydası çoxdur. Yay məktəbinə qoşulan uşaqların yeni sinfə daha hazırlıqlı başlamaları onların ilboyu nəticələrinə də müsbət təsir göstərəcək.