"Son zəng" tədbiri keçirildi

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra isə şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Əbülfət Bağırov qonaqları salamlayaraq məzunları təbrik edib və rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ümumi məlumat verib. Tədbirdə çıxış edən məktəb rəhbərliyi təhsilə olan dövlət qayğısını xüsusi qeyd edib və yeni məktəblərin istifadəyə verilməsini yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirib. Məktəbin direktoru təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və 2021-2022-ci tədris ilində şagirdlərimizin uğurlarından danışıb. Əbülfət Bağırov çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edib. Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.