"Ümid yeri" uşaq sığınacağına ziyarət

07 iyun 2022-ci il tarixində məktəbimizin ibtidai sinif müəllimi Nuridə Əbilovanın təşkilatçılığı ilə rəhbəri olduğu 2b sinfinin bir neçə şagird, valideynləri və bir qrup müəllimləri “Ümid yeri” uşaq sığınacağına ziyarət etdilər. Məktəb kollektivi saatlarla uşaq sığınacağında oldular. Uşaqlarla maraqlı, əyləncəli, intellektual oyunlar, fəaliyyətlər həyata keçirildi. Kollektivin özləri ilə birlikdə apardıqları cizgi filmi qəhrəmanları, oyuncaqlar, hədiyyələr uşaqları çox sevindirdi. Şagirdlərdə cəmiyyətin problemlərinə qarşı həssaslıqla yanaşmaq, qayğıya möhtac fərdlərimizə qarşı diqqətli olmaq hissinin aşılanması baxımından bu görüş çox önəmli idi. Sonda sığınacaqdakı uşaqlarla, müəllimlərlə, tərbiyəçilərlə xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi