"Şuşa ili" çərçivəsində tədbir keçirildi

07 iyun 2022-ci il tarixində “Şuşa ili” ilə əlaqədar Azərbaycan dili və ədəbiyyatı müəllimləri Mətanət Həmzəyeva və Zəminə Osmanovanın təşkilatçılığı ilə məktəbin akt zalında tədbir keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlandı. Daha sonra maraqlı səhnəciklər, şeirlər, təqdimatlar, çıxışlar ifa olundu. Tədbirdə çıxış edən müəllimlər Vətən müharibəsindən, qəhrəman oğulların şücaətindən, müharibə dövründə xalqımızın bir yumruq kimi birləşməsindən danışdılar. Şuşanın qəhrəmancasına, böyük hərbi və strateji uğurlarla işğaldan azad olunması bir daha xatırlandı. Sonda bütün iştirakçılarla xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi