İbtidai siniflərdə Uşaqlar günü qeyd olundu

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlərdə biri də məktəbin ibtidai sinif müəllimi Nuriyyə Kərimovanın təşkilatçılığı ilə 3a sinfinin şagirdləri ilə keçirilmişdir. uşaqların hüququnun təmin edilməsi ilə bağlı 1 iyun 1950-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınan Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında şagirdlərə geniş məlumat verilib, Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıblar.