Sudan qənaətli və səmərəli istifadə

25 aprel 2022-ci il tarixində məktəbin cöğrafiya müəllimi Tapdıq Məmmədov 6a sinfində su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı söhbət aparmışdır. Söhbət zamanı ən böyük su mənbəyinin Kür çayının olması və onun minimal həddə düşməsindən danışıb. Hazırda şirin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün tədbirlər görüldüyündən və ilk addımlardan biri kimi yeni su anbarlarının tikintisi, şirin su itkisinin qarşısının alınması olduğunu şagirdlərin diqqətinə çatdırdı.