Bakı Dövlət Peşə Mərkəzinin "Açıq qapı" günü

22 aprel 2022-ci il tarixində məktəbin IX sinif şagirdləri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Mərkəzinin “Açıq qapı” günündə iştirak etmişdir. Tədbirdə Təhsil Nazirliyi və Peşə Dövlət Agentliyinin nümayəndələri, rayonun millət vəkilləri, icra hakimiyyətinin nümayəndələri, məktəb rəhbərləri və digər nümayəndələr iştirak edirdi. “Açıq qapı” günündə müxtəlif ixtisaslar üzrə master klasslar, sərgilər, tanınmışlarla görüş təşkil edilmişdir. Şagirdlər böyük maraqla tədbirdə iştirak etdilər.