"Yol hərəkəti təhlükəsizliyinin təmin olunması"na dair maarifləndirici tədbir

Aprelin 21-də “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” mövzusu ətrafında müzakirə təşkil olunub. Bu layihədə məktəbin 7b sinif şagirdləri iştirak edib. Şagirdlərlə şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi piyada keçidlərdə və avtobuslarda necə davranmaq lazım olduqları haqqında söhbətlər aparılıb.