Kitabxananın fəal oxucuları

19 aprel 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilov, kitabxanaçılar Adilə Məmmədova və Afət Mirzəyevanın təşkilatçılığı ilə “Oxu günü” həftəsi çərçivəsində təşkil olunmuş tədbirdə kitabxanamızın ən fəal oxucuları iştirak edirdilər. Onlar arasında şeir müsabiqəsinin qalibləri Hümmətova Mədinə və Sadıxova Zəhra da vardı. Onlar il ərzində oxuduqları kitablardan, kitabların insanın şüuruna, mənəvi aləminə təsirindən, dünyagörüşünün formalaşmasında söz ehtiyatının artırılmasında kitabların əhəmiyyətindən danışdılar. Eyni zamanda vurğuladılar ki kitabxanaya getməklə həm boş vaxtlarını dəyərləndirir, həm də gərəkli biliklər əldə edirlər. Tədbirin sonunda balaca oxucularımıza mükafatlar verildi